Azərbaycanlı federasiya rəsmisi Çempionlar Liqasında

Azərbaycan Voleybol Federasiyasının Regional Voleybol İnkişaf Mərkəzinin rəhbəri Nərgiz İsmayılova təyinat alıb.

Newsport.az məlumatına görə, o, kişilər arasında Çempionlar Liqasının IV mərhələsinin C qrupunun ikinci dövrəsinin oyunlarında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Qarşılaşmalar 9 - 11 fevralda Rusiyanın Kazan şəhərində təşkil olunacaq. Qrupda “ACH Volley” (Sloveniya), “Berlin” (Almaniya), “Yastşembski Vengel” (Polşa) və “Zenit” (Rusiya) klubları mübarizə aparacaqlar. Səfərdən öncə Polşa təmsilçisinin bəzi oyunçularının koronavirus testi pozitiv çıxıb və onlar Kazana getməyiblər.

Qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq bu mövsüm Çempionlar Liqası yeni reqlamentlə keçirilir. Koronavirus pandemiyası səbəbindən komandalar ev-səfər prinsipi ilə oynamırlar. İki klubun hərəsi 1 dövrəni - 3 turu qəbul edir. Avropa Voleybol Konfederasiyasının qərarına əsasən isə bu görüşləri azarkeşlər də canlı izləyə biləcəklər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right