Rusiyanın iki güləşçisinə 4 illik cəza verildi

Rusiya güləşçiləri Ruslan Abdullayev və Rəşid Kaytmazov diskvalifikasiya edilib.
 
Newsport.az Rusiya Antidopinq Agentliyinin rəsmi saytına istinadən xəbər verir ki, hər iki idmançı 4 illik cəza alıb.
 
Onlardan götürülmüş dopinq testinin müsbət nəticə verdiyi açıqlanıb.
 
Abdullayevin cəzası 2020-ci noyabrın 6-dan, Kaytmazovun isə noyabrın 10-dan qüvvəyə minir.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right