"Tokio-2020" təhlükədə: Fövqəladə vəziyyət rejiminin müddəti uzadılır

Koronavirusa yoluxma sayının çoxluğunu nəzərə alan Yaponiya hökuməti paytaxt Tokio və digər 10 prefekturada fövqəladə vəziyyət rejiminin müddətini martın 7-dək uzadacaq.
 
Newsport.az "Kyodo" agentliyinə istinadən xəbər verir ki, məsələ ilə bağlı rəsmi qərar bu gün açıqlanacaq.
 
Fövqəladə vəziyyət rejimi dövründə əvvəlki məhdudiyyətlər qüvvədə qalacaq. Buraya idman zallarının iş saatı da daxildir. Qərarın Tokio-2020 Yay Olimpiya Oyunlarının təşkilinə necə təsir göstərəcəyi bilinmir.
 
Yanvarın 7-dən ölkənin 11 vilayətində tətbiq olunan fövqəladə vəziyyət rejimi fevralın 7-də başa çatmalı idi.
 
Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları koronavirus pandemiyası ilə əlaqədar 2020-ci il 24 iyul - 9 avqustdan bu il 23 iyul - 8 avqusta təxirə salınıb. Yay Paralimpiya Oyunları isə 24 avqust - 5 sentyabrda gerçəkləşməlidir.
 
"Kyodo"nun keçirdiyi son soruğunun nəticələrinə əsasən, yerli əhalinin təxminən 80 faizi bu il olimpiadanın ləğv edilməsini və ya 2024-cü ilə təxirə salınmasını istəyir. Amma təşkilatçılar Oyunların baş tutmasının tərəfdarıdır.
 
Ötən həftə olimpiadanın ləğv ediləcəyi ilə bağlı xəbərlərə toxunan Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax iştirakçıların təhlükəsizliyi üçün tam diqqət və səy göstərdiklərini bildirib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right