Azərbaycan Qran-prisinin ləğvi "Formula 1"in gəlirlərini azaldıb

2020-ci ildə "Formula 1" üzrə Azərbaycan və Vyetnam Qran-prilərinin ləğvi yarışın kommersiya hüquqlarına sahib olan "Liberty Media" şirkətinin gəlirlərini kəskin şəkildə azaldıb.
 
Newsport.az-ın məlumatına görə, bu barədə Böyük Britaniyanın "Caterham Cars" komandasının sabiq rəhbəri Manfredi Ravetto "Motorsport" nəşrinə açıqlamasında deyib.
 
Funksioner bildirib ki, 10 milyonlarla ABŞ dolları dəyərində olan Qran-prilərin baş tutmaması səbəbindən hazırda komandalar ağır durumdadırlar. O, mövcud vəziyyətin 2021-ci ildə daha da pisləşəcəyini proqnoz verib.
 
Qeyd edək ki, Azərbaycan Qran-prisi bu il 4 - 6 iyunda keçirilməlidir.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right