Qılıncoynadanımız Ukraynada 2-ci oldu

Azərbaycan millisinin üzvü Ruslan Həsənov Ukraynanın olimpiya çempionu Qriqori Krissin şərəfinə 23 yaşadək şpaqaçılar arasında keçirilən açıq turnirində çıxış edib.

Newsport.az xəbər verir ki, qrup mərhələsindəki bütün görüşləri qalib başa vuran idmançı 1/32 finalda İlya Rusini (15:4), 1/16 finalda Valeri Buksarı (15:4) məğlub edib.

Növbəti mərhələdə Boqdan Kirdaya 15:11 hesabı ilə qalib gələn şpaqaçı 1/4 finalda Vitali Svistılı eyni hesabla yenib. Yarımfinalda Dmitro Mikitenko üzərində 15:11 hesablı qələbə qazanan Həsənov finalda Nikita Koşmana uduzub - 14:15.

O, 90-dan çox şpaqaçının qatıldığı turnirdə 2-ci olub.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right