Təxirə salınan Dünya Kuboku Bakıda bu tarixdə keçiriləcək

Beynəlxalq Gimnastika Federasiyası (FIG) Bakıda koronavius pandemiyasına görə ləğv olunan batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun yeni tarixini açıqlayıb.

Newsport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, turnir bu il 18-21 noyabrda təşkil ediləcək.

Azərbaycan paytaxtında yaş qrupları üzrə yarış isə 26-29 noyabrda baş tutacaq.

Batut gimnastikası və Tamblinq üzrə Dünya Kuboku bu il 13-14 fevralda keçirilməli idi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right