Dostu ilə həmyerlisini oteldə zorladı

Tanınmış MMA döyüşçüsü Konor Makqreqor zorlamada ittiham olunur.

Newsport.az saytının məlumatına görə, irlandiyalı döyüşçünü adı açıqlanmayan həmyerlisi tərəfindən məhkəməyə verilib.

O, Konorun ən azı 1 milyon 475 min 110 avro kompensasiya ödəməsini istəyir. Dəyən mənəvi zərbə 1 milyon 759 min 850 avroya qədər arta da bilər.

Qadın məhkəməyə verdiyi ifadədə döyüşçünün onu 2018-ci ildə oteldə zorladığını qeyd edib. O bildirib ki, Konorla eyni rayonda böyüyüb və bir gün instaqramda yazışmalardan sonra onunla Dublindəki otelə gedib. Makqreqorun dostu da onlarla olub. Zərərçəkmiş onlarda kokainin olduğunu da iddia edir.

Oteldə qadını yataq otağına aparan döyüşçü ona ədəbsiz təklif edib. İmtina cavabı alan Konor qadına zor tətbiq edərək bu sözləri deyib: “Mən də oktaqonda özümü belə hiss edirəm. Mən üç dəfə yerə vurmalı oldum”.

Hadisələrin sonrakı axarını yaxşı xatırlamayan qadın Makqreqorun ardından dostunun da onunla sekslə məşğul olduğunu da şikayətində yazıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right