Rüfət Nadirlinin "Arena" layihəsi yenidən başladı Bu dəfə həm TV, həm də radioda

Futbol üzrə ən baxımlı verilişlərdən sayılan "Arena" yenidən start götürür.

Newsport.az xəbər verir ki, veriliş vaxtilə tanınmış aparıcı Rüfət Nadirlinin təqdimatında İnterAz TV-də yayımlanırdı, amma sonradan layihənin işində fasilə yarandı. Həm aparıcı, həm də layihənin müəllifi olan Rüfət Nadirli "Arena"nı həmin televiziyada bərpa edib və veriliş fevralın əvvəlindən yayıma başlayacaq.

 

O,eyni adda radio verilişini də əsrəyə gətirib. 100.5 FM-də yayımlanan layihə həftəiçi 5 gün, saat 12:00-dan 13:00-a kimi dinləyicilərin görüşünə gəlir. Radio layihəsində də maraqlı mövzular üzrə qonaqlar dəvət olunur və müzakirələr aparılır, canlı yayımlanan verilişdə dinləyici fikirləri də yer alır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right