Yığmamız reytinq siyahısında mövqeyini qorudu

Beynəlxalq Voleybol Federasiyası (FİVB) yeni reytinq siyahısını açıqlayıb. Newsport.az xəbər verir ki, qadınlardan ibarət Azərbaycan millisi mövqeyini qoruyub.

Belə ki, 127 reytinq əmsalına malik yığmamız  26-cı pillədə qərarlaşıb. Çin (391) birinci, ABŞ (382) ikinci, Braziliya (328) üçüncü yerədir.

Kişilərdən ibarət Azərbaycan yığması 57-ci pillədə qərarlaşıb. Komandamızın reytinq xalı 101-ə bərabərdi. Bu siyahıda Braziliya 427 xalla cədvəlin ilk pilləsində yer alıb. Polşa 384 xalla ikinci, ABŞ isə üçüncü yerdədir – 365 xal.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right