Dörd gimnastımız “Fəxri İdman ustası” adına layiq görülüb

İdmançı karyeraları ərzində göstərdikləri nəticələrə görə bədii gimnastikanın 4 nümayəndəsi - Siyana Vasileva, Aliyə Paşayeva, Anastasiya Prasolova, Səbinə Abbasova “Fəxri İdman ustası” adına layiq görülüb.

Newsport.az-ın məlumatına görə, Siyana Vasileva və Aliyə Paşayeva Avropa Çempionatlarının qrup hərəkətləri komandası tərkibində gümüş (Bakı / Azərbaycan / 2014) və bürünc (Qvadalaxara / İspaniya / 2018) mükafatçıları olmuşlar. Aliyə Paşayeva həmçinin 2019-cu ildə Bakıda keçirilən Dünya Çempionatında çoxnövçülük nəticələrinə əsasən Tokio-2020 Olimpiya Oyunlarına vəsiqə qazanan qrup hərəkətləri komandasının tərkibinə daxil olmuşdur.

Gənclər arasında Avropa Çempionatının gümüş mükafatçısı olmuş Səbinə Abbasova (Hacıyeva), 2014-cü ildə Bakıda keçirilən Avropa Çempionatında artıq böyüklər proqramında (3 top və 2 lent) gümüş medalını təsdiqləmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right