“Həbib mənimlə döyüşdən qorxur, buna dəhşətli dərəcədə əminəm”

Keçmiş UFC çempionu Konor Makqreqor rusiyalı UFC döyüşçüsü Həbib Nurməhəmmədovun onunla döyüşməkdən qorxduğunu deyib.

Newsport.az-ın məlumatına görə, bu barədə o ESPN-ə müsahibəsində bildirib:

“Mənimlə döyüşməkdən qorxur. Buna dəhşətli dərəcədə əminəm. Ancaq onu günahlandırmıram. O gecə mən onun ən yaxşı, o isə mənim ən pis versiyamla mübarizə apardı”.

2020-ci ilin noyabrında Makqreqor Nurməhəmmədovu fenomenal döyüşçü adlandırıb. Əlavə olaraq bildirək ki, 2018-ci ilin oktyabrında irlandiyalı və rusiyalı arasındakı döyüş dördüncü turda Nurməhəmmədovun qələbəsi ilə sona çatmışdı.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah