Azərbaycan millisi Fransaya bu heyətlə yollandı

Fransanın Nitsa şəhərində keçiriləcək Henri Deqlan qran-pri turniri üçün Azərbaycanın sərbəst güləş yığmasının heyəti açıqlanıb.
 
Newsport.az xəbər verir ki, bu gün sərbəst güləşçilər Fransaya yollanıb.
 
Nitsada ölkəmizi baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Mahir Əmiraslanov, Georgi Edişeraşvili, İslam Bazarqanov (hamısı 57 kq), Turan Bayramov (70 kq), Coşqun Əzimov, Hacımurad Hacıyev, Hacımurad Ömərov (hamısı 74 kq), Abubakr Abakarov, Osman Nurməhəmmədov (hər ikisi 86 kq) və Şərif Şərifov (97 kq) təmsil edəcək.
 
Sabah sərbəst güləşdə bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək və güləşçilərin ilk rəqibləri müəyyənləşəcək.
 
Hazırda Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışını davam etdirən yunan-Roma güləşi üzrə millisi isə Fransaya yanvarın 16-da yollanacaq.
 
Qeyd edək ki, 1-ci kateqoriyalı hakim İntiqam Alıyev qran-pridə ədaləti qoruyacaq. Üç gün davam edəcək yarışda ölkəni sərbəst və yunan-Roma güləşçiləri təmsil edəcək. Yarışın proqramına əsasən, yanvarın 15-də qadınlar, 16-da sərbəst güləşçilər, 17-də isə yunan-Roma güləşçiləri mübarizə aparacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right