Hacı Əliyev ilin ilk yarışını buraxacaq, Şərifov bir ildən sonra tatamidə

Azərbaycanın iki tanınmış güləşçisi Fransanın Nitsa şəhərində keçiriləcək Qran-pridə iştirak etməyəcək.

Newsport.az-ın məlumatına görə, sərbəst güləş üzrə 3 qat Avropa və 3 qat dünya çempionu Hacı Əliyevlə yunan-Roma güləşi üzrə Avropa və dünya çempionu Eldəniz Əzizli Fransadakı yarışa qatılmayacaq.

Əvəzində yığmanın yeni kapitanı, sərbəst güləş üzrə olimpiya, dünya və Avropa çempionu Şərif Şərifov Fransaya yollanmağı planlaşdırır.

Qeyd edək ki, komandanın yarış üçün heyəti yanvarın 14-də açıqlanacaq. Qran-pri 15 - 17 yanvarda olacaq. Şərif Şərifov son olaraq 2019-cu ilin noyabrında ALROSA Kubokunda çıxış edib və gümüş medal qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right