Teymur Rəcəbov finalda

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov "Airthings Masters" turnirinin finalına vəsiqə qazanıb.

Newsport.az-ın məlumatına görə, yarımfinalda rusiyalı Daniil Dubovdan üstün olaraq buna nail olub. Ötən gün rəqibinə 3:1 hesabı ilə qalib gələn Rəcəbov bu gün də 2:0 hesablı qələbə ilə həlledici görüşə vəsiqə qazanıb.

Teymurun finaldakı rəqibi Maksim Vaşye-Laqraf - Levon Aronyan duelinin qalibi olacaq. Aronyan ötən gün qələbə qazanıb və bu gün heç-heçə ona kifayət edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right