Güloğlan Cabbarovun səhhəti indi necədir? – Köməkçisi danışdı

«Neftçi»nin keçmiş idman direktoru Güloğlan Cabbarovun köməkçisi Pərvanə Quliyevə Newsport.az-a açıqlama verib.

O, tanınmış idman adamının səhhəti ilə bağlı bunları deyib:

«Güloğlan Cabbarovun səhhətində problem olduğu üçün bir neçə gün əvvəl xəstaxanaların birinə yerləşdirilib. Həkimlərdən aldığımız məlumata görə, Güloğlan müəllimin müalicəsi davam edir.

Hazırda onun səhhətində yaxşılaşma müşahidə edilməkdədir. Bəzi saytlarda yayılan xəbərlərə görə, o, Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. COVİD-19 xəstəsi olması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.

Diqqətinizə çatdırmaq istəyirik ki, bəli, Güloğlan müəllim Mərkəzi Neftçilər Xəstəxanasında müalicəsini davam etdirir.

Lakin reanimasiya şöbəsində olması yanlışdır. Sadəcə, soyuqdəymə və yüksək təzyiq Cabbarovun səhəttində bəzi problemlərə yol açıb».





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right