Yığmamızın 1 üzvü finalda, 3-ü üçün bürünc medal şansı

Azərbaycanın daha bir sərbəst güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda finala çıxmaq şansını əldən verib.

Newsport.az saytının məlumatına görə, yarımfinalda belaruslu Aleksandr Xuştinlə üz-üzə gələn Şamil Zubairov (97 kq) 0:8 hesabı ilə uduzub.

O, sabah bürünc medal qarşılaşmasına çıxacaq. Zubairovla yanaşı, Hacı Əliyev (65 kq) və Rəşad Yusifli (79 kq) də 3-cü yer uğrunda güləşəcək.

61 kq

1/8 final: Əhmədnəbi Qvarzatilov - Arman Eloyan (Fransa) 9:5

1/4 final: Əhmədnəbi Qvarzatilov - Georgi Vangelov (Bolqarıstan) 4:3

1/2 final: Əhmədnəbi Qvarzatilov - Muhamad İkromov (Tacikistan) - 8:1

Final: Əhmədnəbi Qvarzatilov - Abashacı Məhəmmədov (Rusiya)

65 kq

1/8 final: Hacı Əliyev - Hacımurad Rəşidov (Rusiya) 4:0

1/4 final: Hacı Əliyev - Ernazar Akmataliyev (Qırğızıstan) 6:4

1/2 final: Hacı Əliyev - İsmayıl Musukayev (Macarıstan) - 6:7

Bürünc medal görüşü: Hacı Əliyev - İlman Muxtarov (Fransa) / Niurqun Skriabin (Belarus) cütünün qalibi

79 kq

Təsnifat: Rəşad Yusifli - Muhammet Kotanoğlu (Türkiyə) 2:5

Təsəlliverici görüş: Rəşad Yusifli - Vasile Minjala (Rumıniya)

97 kq

1/4 final: Şamil Zubairov - Samhan Cəbrayılov (Moldova) 8:1

1/2 final: Şamil Zubairov - Aleksandr Xuştin (Belarus)- 0:8

Bürünc medal görüşü: Şamil Zubairov - Ahmed Batayev (Bolqarıstan)

Daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc medal əldə edib. Qadınlardan isə Elis Manolova (65 kq) fəxri kürsünün 3-cü pilləsinə qalxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right