Ümumdünya Şahmat Olimpiadasının ev sahibi məlum oldu

2024-cü il Ümumdünya Şahmat Olimpiadası Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.
 
Newsport.az xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Baş Assambleyası qərar verib.
 
Budapeşt Olimpiadaya ikinci dəfə ev sahibliyi edəcək. Nüfuzlu yarış Macarıstan paytaxtında ilk dəfə 1926-cı ildə təşkil olunub. Həmin vaxt qeyri-rəsmi status daşımış turnirin qalibi elə Macarıstan olub.
 
Olimpiadanın bu il Rusiyada, 2022-ci ildə Belarusda təşkili planlaşdırılırdı. Lakin Rusiyadakı yarış koronavirus pandemiyası üzündən 2021-ci ilə təxirə salınıb, Belarus isə turniri keçirməkdən imtina edib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right