"Mənə qarşı haqsızlıq etdilər, indi alışıb-yanıram"

“Xalçadakı hakimlərin 3-ü də mənə xal vermişdi“.

Newsport.az-ın məlumatına görə, bu sözlər sərbəst güləş üzrə 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyevə məxsusdur.

Azərbaycan yığmasının lideri 2019-cu ildə Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında rusiyalı Hacımurad Rəşidova uduzduğu qalmaqallı görüşü xatırlayıb.

Əliyev yarışda ona qarşı ədalətsizlik edildiyini vurğulayıb: “Təkrarlara baxandan sonra yuxarıda oturanlar haqsızlıq etdilər və məni qırmızı vərəqə ilə cəzalandırdılar. Sonra isə vərəqəni ləğv etdilər.

Məncə, haqsızlığı gördülər və ona görə qərarı dəyişdirdilər. Bu, idmandır. Hər şeyə hazır olmaq lazımdır. Həmin hadisədən sonra daha motivasiyalı olmuşam. Qələbə üçün alışıb-yanıram“.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right