Yığmamızın oyunları təxirə salındı

Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsindəki oyunları təxirə salınıb.

Newsport.az saytının məlumatına görə, buna koronavirus pandemiyasının bütün dünyada, o cümlədən Avropada geniş yayılması səbəb olub.

Seçmə mərhələnin F qrupunda Monteneqro, Gürcüstan və Yunanıstanla qarşılaşmalı olan yığmamızın matçları 2021-ci ilin yanvarına planlaşdırılmışdı. Komandalar ayın 7-9-da Gürcüstanda I dövrənin, 15-17-də Monteneqroda II dövrənin qarşılaşmalarını keçirməli idi.

Lakin Avropa Voleybol Konfederasiyası (CEV) turniri 4 ay sonraya keçirib. 2 dövrənin qarşılaşmaları mayın 2-dən 16-dək olan müddəti əhatə etməlidir.

Qeyd edək ki, seçmə mərhələnin 7 qrupunun qalibi və ikinci yer sahiblərindən 5 ən yaxşı nəticəyə malik yığma final mərhələsinə vəsiqə qazanacaq. Yarışın ev sahibləri Polşa, Estoniya, Finlandiya və Çexiya həlledici raunda birbaşa yüksəlib. Serbiya, Sloveniya, Fransa, Rusiya, İtaliya, Ukrayna, Almaniya və Belçika isə AVRO-2019-un nəticələrinə əsasən seçmə oyunlarından azaddır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right