Tayson və Cons arasındakı döyüş heç-heçə ilə yekunlaşdı

ABŞ-ın Kaliforniya ştatındakı Karson şəhərində əfsanəvi boksçular Mayk Tayson və Roy Cons arasında nümunəvi xarakterli döyüş keçirilib.

Newsport.az-ın məlumatına görə, 8 raundluq qarşılaşma heç-heçə ilə yekunlaşıb. Bu, görüş bitdikdən sonra açıqlanıb. Onlar WBC Frontline Battle kəmərinə layiq görülüb.

Hər iki boksçu heç-heçə qərarından narazı qalıb. Qələbənin ona getməli olduğuna inanan Tayson  mübarizənin sonunda qalmaqalla rinqi tərk esib. Bundan sonra o, elan olunan nəticə ilə qətiyyən razılaşmadığını bildirib.

Xatırladaq ki, döyüş xüsusi qaydalara əsasən aparılıb - hər biri iki dəqiqəlik səkkiz raunddan ibarət olub. Tayson 2005-ci ildən, Jones 2018-ci ildən bəri ilk dəfə rinqə çıxıb.

51 yaşlı Cons əvvəlki 75 görüşündən 66 qələbə, 9 məğlubiyyətlə ayrılıb. 53 yaşlı Tayson isə 58 döyüşünün 50-də qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right