Millimizin Avropa çempionatı üçün yekun heyəti bəlli oldu

Noyabrın 26-da Ukraynanın paytaxtı Kiyevdə start götürəcək bədii gimnastika üzrə Avropa çempionatı üçün Azərbaycan millisinin yekun heyəti açıqlanıb.
 
Newsport.az xəbər verir ki, ölkəmizi bu yarışda 11 idmançı təmsil edəcək.
 
Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova, Darya Sorikina, Arzu Cəlilova və Zöhrə Ağamirova böyüklərin, Nərmin Bayramova, Leyli Ağazadə, Alina Gözəlova, İlona Zeynalova isə yeniyetmələrin mübarizəsində çıxış edəcəklər.
 
Qeyd edək ki, Avropa çempionatına noyabrın 29-da yekun vurulacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right