Prezidentlə xanımından məsciddə nümunəvi addım FOTOLAR

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar.

Newsport.az-ın məlumatına görə, dövlət başçısı və xanımı səfər zamanı Ağdamın Cümə məscidini də ziyarət ediblər.

Ziyarət zamanı xüsusi bir məqam diqqətdən yayınmayıb. Belə ki, İlham Əliyevlə Mehriban Əliyeva məscidə daxil olarkən ayaqqabılarını çıxardıblar. Düzdü, bu, dini qaydalara görə, atılan doğru addımdır.

Ancaq məsələ burasındadır ki, 27 il işğal altında qalan şəhərin məscidi erməni barbarları tərəfindən dağıdılıb, içi sökülüb. Mənfur düşmənin bu addımı İslam dininə qarşı törədilmiş barbarlıqdan başqa bir şey deyil.

Budəfəki mənzərə isə tamam fərqlidir. Dövlət başçısı ilə xanımı xalçaları sökülmüş, içərisi toz-torpaq olan məscidə ayaqyalın daxil olmaqla İslam dininə və tarixi dini abidələrə ehtiramını, hörmətini bir daha nümayiş etdiriblər.

Ermənistandan fərqli olaraq, Azərbaycan tolerant ölkədir və burada dini ayrıseçkilik edilmir, bütün dinlərə hörmətlə yanaşılır. Elə bunun məntiqi nəticəsidir ki, Bakı şəhərinin mərkəzində Azərbaycan dövləti tərəfindən Erməni Kilsəsi bərpa edilib və insanların sərbəst istifadəsinə verilib.

Maddi-mədəni irsə dəyər verilməsi, tarixi-dini abidələrimizin, o cümlədən kilsə, sinaqoqların bərpası və yenidən qurulması Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi siyasətin tərkib hissəsidir.

Bundan başqa, dövlət səviyyəsində bəyan edilib ki, işğaldan azad edilən ərazilərdə qalan Xristian dininə aid kilsələr, abidələr qorunub saxlanılacaq.

Qafqazinfo

 




 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right