Azərbaycan yığmasının daha bir üzvü 4 illik diskvalifikasiya olundu

Orqanizmində istifadəsi qadağan olunmuş preparat aşkarlanan Azərbaycanın daha bir ağırlıqqaldıranı Hüseyn İsmayılovun cəza müddəti açıqlanıb.

Newsport.az Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) rəsmi saytına istinadən xəbər verir ki, 94 kq çəki dərəcəsində çıxış etmiş idmançı 4 il müddətinə diskvalifikasiya olunub.

Orqanizmində testosteron maddəsi tapılan 21 yaşlı idmançının cəzası 2018-ci il iyunun 11-dən qüvvəyə minib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right