Səfərov finalda, 5 cüdoçumuz erkən uduzdu Yenilənir

Bu gün Çexiyanın paytaxtı Praqada cüdo üzrə Avropa çempionatı start götürüb. Newsport.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 6 idmançısı mübarizə aparacaq. Kişilərin yarışında 2, qadınlarda isə 4 cüdoçumuz medallar uğrunda qüvvəsini sınayacaq.

Avropa çempionatı
Kişilər
66 kq
Kişilərin mübarizəsində 66 kq çəki dərəcəsində Nicat Şıxəlizadə 1/16 finalda Moldova təmsilçisinə uduzub. 
Orxan Səfərov isə İtaliya, Slovakiya və Almaniya cüdoçularını məğlub edərək, yarımfinala  yüksəlib.

Qadınlar
48 kq
Aişə Qurbanlı 1/8 final mərhələsində  Distria Krasniç (Kosovo), Leyla Əliyeva isə Katarina Mentsi (Almaniya) ilə bacarmayıb.

52 kq
Mübarizəyə 1/16 finaldan başlayan Gültac Məmmədəliyeva da ilk görüşdəcə uduzub. O, Tetyana Levitska-Şukvani (Gürcüstan) ilə dueldən məğlub ayrılıb.

57 kq
Təmsilçimiz Aleksandra-Larisa Florian 1/8 finalda Sanne Verhageniyı (Niderland) məğlub olub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right