Cüdoçularımız Avropa çempionatına 3 medalla başladı

Xorvatiyanın Poreç şəhərində 23 yaşlı cüdoçular arasında Avropa çempionatına start verilib.

Newsport.az-ın məlumatına görə, qızların yarışında Gültac Məmmədəliyeva (52 kq) yalnız finalda uduzaraq qitə birinciliyinin gümüş medalına sahib olub.

Oğlanlardan 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Turan Bayramov bürünc medala layiq görülüb. O, 3-cü yer uğrunda qarşılaşmada komanda yoldaşı Yaşar Nəcəfova qalib gəlib. 66 kiloqram çəki dərəcəsində yarışan Nurlan Osmanov da Avropa birinciliyinin bürünc medalına sahib olub. Gənc cüdoçu bürünc uğrunda görüşdə Finlandiya təmsilçisi Saşa Lukası məğlub edib.

Qeyd edək ki, 36 ölkədən 328 idmançının (193 kişi, 135 qadın) yarışdığı qitə birinciliyində Azərbaycan millisi 12 cüdoçu (9 kişi, 3 qadın) ilə təmsil olunur.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah