Prezident Azərbaycanın qələbəsini elan etdi! Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında döyüş əməliyyatlarının dayandırılması haqqında bəyanat imzalanıb.

Newsport.az-ın məlumatına görə, Prezident İlham Əliyev xalqa müraciətində video-format qaydasında imzalanmış sənədin mətnini açıqlayıb.

Sənədə əsasən noyabrın 10-u saat 00:00-dan etibarən Dağlıq Qarabağda hərbi əməliyyatlar dayandırılır.

Ağdam rayonunun işğal altında olan əraziləri 20 noyabr 2020-ci il tarixinədək Azərbaycana qaytarılacaq.

Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca 5 il müddətinə Rusiyanın sülhməramlıları yerləşdirilir.

Atəşkəsə nəzarət etmək üçün sülh mərkəzi yaradılır.

Dağlıq Qarabağın Ermənistanla əlaqəsi təmin ediləcək.

Ermənistan işğal etdiyi Kəlbəcəri 15 noyabradək, Laçını isə 1 dekabradək boşaldacaq.

Məcburi köçkünlər işğaldan azad edilmiş ərazilərə qaytarılacaq.

Hərbi əsirlərin və cəsədlərin mübadiləsi həyata keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right