Türkiyəli idmançı Vyanadakı terrorda polisə və yaşlı qadına kömək etdi

Türkiyə əsilli avstriyalı MMA döyüşçüsü Mikail Özen dostu Receb Gültekin ilə birlikdə Vyanada terror hücumu zamanı yaralı polisi xilas edib.

Newsport.az-ın məlumatına görə, onlar yaralı polisi təcili yardım maşınına aparıblar.

Daha sonra isə türklər yaşlı qadına kömək ediblər. Özen bildirib ki, həmin şəxs hadisə yerinə getmək istəyirmiş: "Onu görüb dayandırdıq və təhlükəsiz yerə apardıq".

Hücum zamanı Gültekin da xəsarət alıb.

Qeyd edək ki, noyabrın 2-də Vyanada azı 3 nəfərin öldüyü terror hadisəsi baş verib. 9 dəqiqə sonra 20 yaşlı cinayətkar Avstriya polisinin xüsusi təyinatlıları tərəfindən öldürülüb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right