Rüstəm Orucov əsgərə məktub yazdı FOTO

Azərbaycan cüdocusu Rüstəm Orucov “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə Məktub” layihəsinə qoşulub.

Newsport.az-ın məlumatına görə, bu haqda idmançı özü məlumat verib. Feysbuk səhifəsindəki paylaşımında R.Orucov yazıb:

“Məktubumda Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə "Böyük Dəbilqə" turnirində qazandığım qızıl medalı, QƏLƏBƏni Azərbaycan əsgərinə həsr etdiyimi xüsusi vurğuladım. Hər zaman zəfərləri ilə sevindirən əsgərlərimizin yanında olduğumuzu bildirdim. 

Tezliklə bayrağımız işğal edilmiş bütün torpaqlarda qaldırılacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək. Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!”

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right