Həbib çempion olub, MMA-dan getdi

UFC çempionu Həbib Nurmaqomedov Castin Geyci ilə üz-üzə gəlib.

Newsport.az-ın məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidəki "Döyüş adası"nda keçirilən görüşün ikinci raundunda Nurmaqomedov rəqibini  boğucu fəndlə məğlub edib.

Beləliklə, 32 yaşlı idmançı yüngül çəki dərəcəsində UFC çempionu titulunu qoruyub. Eləcə də bu, Həbibin peşəkar karyerasında keçirdiyi 29-cu döyüş olub. o, həmin görüşlərin hər birində qələbə qazanıb.

Bundan əlavə, Nurmaqomedov sözügedən döyüşdən sonra MMA-dan getdiyini elan edib. O, mətbuata açıqlamasında anasına son döyüşünü keçirdiyini deyərək, söz verdiyi üçün belə bir addım atdığını vurğulayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right