CNN Türk: Düşmənin Gəncədə atasız qoyduğu uşaqlar

“CNN Türk” telekanalı Gəncə terrorundan əziyyət çəkən Əsgərovlar ailəsindən reportaj hazırlayıb.

Newsport.az-ın məlumatına görə, süjetdə Sarı və Elcanın atası, 40 yaşlı Bəxtiyar Əsgərovun raket hücumu nəticəsində həlak olduğu qeyd olunub.

Uşaqların anası, 28 yaşlı Türkanə Əsgərova isə kədərindən danışa bilməyib.

Azyaşlıların nənəsi Ziba xanım bildirib ki, Gəncəyə ard-arda hücum olduğuna görə Bəxtiyar Əsgərov uşaqları kəndə apararaq “Mən evimdə ölüm, amma sizə heç nə olmasın”, -deyib.

Ziba xanım “Uşaqların evini alaram, tikərəm. Amma atalarını geri qaytara bilmərəm”,- deyə vurğulayıb.

17 oktyabr gecəsi B. Əsgərovla birlikdə daha 4 ailə üzvü - atası Suliddin Əsgərov, bacısı Sevil Əsgərova, S. Əsgərovanın 10 aylıq körpəsi Narin Xalıqova və böyük bacısının qızı Nigar Əsgərova həlak olub.

 

 

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah