“Ermənistan PKK-çıları da orduya cəlb edir” - Hikmət Hacıyev

“Ermənistanın ordu sıralarında başqa ölkələrdən gələn şəxslər döyüşür. Suriya və Livanla yanaşı, ABŞ, Kanada və xüsusilə Fransadan gələn ermənilər Ermənistanın ordu sıralarına qoşulur”.

Newsport.az-ın məlumatına görə, bu sözləri Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İngiltərə Əcnəbi Jurnalistlər Dərnəyinin onlayn tədbirində çıxışı zamanı deyib.

“PKK terror təşkilatının müharibəyə qoşulması ilə bağlı narahatlığımız var. Onlar da Ermənistan silahlı qüvvələrinin sıralarında yer alırlar. Əsasən də ilk müdafiə xəttinə təyin olunurlar”, - deyə H.Hacıyev bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right