Millinin keçmiş üzvü İsveçrə klubunda

Azərbaycan yığmasının voleybolçusu Natalya Məmmədova karyerasını İsveçrədə davam etdirəcək. 

Newsport.az-ın məlumatına görə, 35 yaşlı idmançı 3 illik fasilədən sonra yenidən “Volero”nun formasını geyinəcək.

O, 2005-2006, 2007-2008 və 2014-2017-ci illər mövsümündə də “Volero”nun şərəfini qoruyub.  Klub hücumçu sarıdan problemlə üzləşdiyindən yığmamızın sabiq üzvü ilə anlaşıb.

Məmmədova son mövsümdə  İndoneziyada, həmyerlimiz Ziya Rəcəbovun baş məşqçisi olduğu “Cakarta” klubunda çıxış edirdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right