“Antalyaspor”da çıxış edən azərbaycanlı Ermənistana görə Yunanıstana buraxılmadı

Həndbol üzrə Avropa Kubokunun ikinci turunda səfərdə Yunanıstanın “AC Diomidis Arqous” klubu ilə qarşılaşacaq Türkiyə “Antalyaspor”u problemlə üzləşib.

Newsport.az-ın məlumatına görə, Yunanıstan tərəfi Antalya təmsilçisinin Azərbaycan vətəndaşı olan oyunçusu Oleq Georgiyevskiyə viza verməkdən imtina edib. Klubdan “Ajansspor” xəbər agentliyinə verilən məlumata görə, buna son günlər Azərbaycanla Ermənistan arasında davam edən gərginlik səbəb olub. Türkiyə mediası Yunanıstanı idmanı siyasətə qarışdırmaqda ittiham edir.

Tərəflər arasındakı ilk qarşılaşma oktyabrın 14-də Yunanıstanın Arqos şəhərində keçiriləcək. Cavab görüşü isə 1 həftə sonra Antalyada baş tutacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right