İdman Akademiyası ordumuza maşın hədiyyə etdi FOTOLAR

Ermənistanın növbəti təxribatının qarşısını almaq məqsədi ilə əks hücuma keçən Milli ordumuz ərazilərimizin bütövlüyünün bərpası uğrunda düşmənə sarsıdıcı zərbələr endirərək torpaqlarımızı azad etməkdə davam edir.

Newsport.az-ın məlumatına görə, ordumuza dəstək məqsədilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən 5 oktyabr tarixində ordu qərargahına yüksək keçidli avtomobillər kateqoriyasına aid, texniki imkanları hərbi nəqliyyat vasitələrinə uyğun olanMitsubishi Pick-up L200 avtomobili təqdim olunub.

Həmçinin, döyüş bölgəsindəki əsgərlərimizə dəstək məqsədi ilə akademik, inzibati heyət və tələbələr öz ürək sözlərini əks etdirən “əsgərə məktub” yazıb

Akademiya tərəfindən hazırlanan hədiyə paketlərinə əlavə edərək cəbhə bölgəsinə göndərdilər.



 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right