Mariya Stadnik Ermənistanın təxribatından danışdı

Qadınlardan ibarət Azərbaycan millisinin güləşçisi Mariya Stadnik cəbhədə baş verənlərlə bağlı danışıb. 

 

Newsport.az-ın məlumatına görə, 3 qat olimpiya mükafatçısı, 2 qat dünya və 7 qat Avropa çempionu bildirib ki, Azərbaycanın 20 faiz ərazisi 30 ildən çoxdur işğal altındadır: "Ermənistan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini kobud şəkildə pozaraq, hərbi güc tətbiq edərək Dağlıq Qarabağ və ona aid 7 rayonu işğal edib. Nəticədə bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib".

 

Stadnik 30 ildən çoxdur davam edən danışıqların nəticə vermədiyini söyləyib: "Sentyabrın 27-də erməni silahlı birləşmələri təxribat törədərək Azərbaycan Ordusunun mövqelərini və insanların məskunlaşdığı cəbhəboyu rayonları atəşə tutub. Nəticədə 20-dən çox sakin həyatını itirib. Onların arasında uşaqlar da var".

 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right