Azərbaycan çempionu cəbhədə şəhidlik zirvəsinə yüksəldi

Cəbhədə gedən döyüşlərdə şəhid olanlar arasında idmançımız da var.

Newsport.az-ın məlumatına görə, atletika üzrə gənclər arasında Azərbaycan çempionu, Avropa Olimpiya təsnifat yarışlarının iştirakçısı, yeniyetmələr arasında Respublika Birinciliyinin qalibi - idmançımız Qeybiyev Arif vətən uğrunda şəhid olub.

Bu barədə Azərbaycan Atletika Federasiyası məlumat yayıb. Federasiydan şəhid idmançımızın ailəsinə başsağlığı verilib.

Allah rəhmət eləsin!





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right