Nəriman qələbədən sonra ölən qardaşı üçün ağladı

“Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov “Fight Night Global” təşkilatının çempionu titulunu qoruyub.

Newsport.az-ın məlumatına görə, o, buna Rusiyanın paytaxtı Moskvada keçirilən döyüşdə nail olub.

“Fight Night Global98” çərçivəsində döyüşə çıxan Abbasov Rusiyanı təmsil edən Mixail Qoqitidze ilə üz-üzə gəlib. 26 yaşlı döyüşçü 5 raundluq qarşılaşmanı vaxtından əvvəl bitirib. O, ikinci raundda boğucu fəndlə qalib gələrək yüngül çəki dərəcəsində çempion kəmərini qoruyub.

Qarşılaşmaya mərhum qardaşının fotosunu əks etdirən köynəklə çıxan Nəriman Abbasov qələbəni də Arzuman Abbasova həsr edib. Görüşdə bir dəqiqəlik sükut elan olunub və bu zaman Nəriman göz yaşlarını saxlaya bilməyib.

Nəriman Abbasovun qardaşı 17 yaşlı Arzuman Abbasov bu ilin fevralında Ramana qəsəbəsindəki evində dəm qazından zəhərlənərək dünyasını dəyişib. O da qardaşı kimi MMA döyüş növü ilə məşğul olub.

 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right