Nəriman Abbasovdan növbəti qələbə

Moskvada keçirilən "Fight Nights 98" yarışında Azərbaycan və "Qəbələ" İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov rusiyalı  Mixail Qoqitidze ilə qarşılaşıb.

Abbasov rəqibi üzərində qələbə qazanaraq yüngül çəkidə çempionluq titulunu qoruyub.

26 yaşlı idmançı birinci raundda üstünlük qazanıb və döyüşün sonunda rəqibini nokdauna göndərməyə yaxın olub. Lakin döyüşün taleyi ikinci raundda bəlli olub. Abbasov boğma fəndindən istifadə edərək, rəqibi üzərində ikinci qələbəsini qazanıb. Bununla da o, yüngül çəki dərəcəsində çempion kəmərini qoruyub.

Beləliklə, Nəriman Abbasov peşəkar karyerasında 25-ci döyüşü udub. Mixail Qoqitidze isə yeddinci dəfə məğlub olub.

 

 

 

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah