Milli komandamızın üzvü Almaniya çempionu oldu

Şahmat üzrə Azərbaycan millisinin üzvü Arkadi Naydiç Almaniya çempionu olub.

Newsport.az xəbər verir ki, 35 yaşlı qrossmeyster buna "OSG Baden-Baden" komandasının heyətində nail olub. Onun komandası sonuncu - 7-ci turda heyətində Şəhriyar Məmmədyarovun da çıxış etdiyi "Vernhaym"a qalib gəlib- 4.5:3.5.

Məmmədyarov son görüşdə ABŞ-ın tanınmış şahmatçısı Fabiano Karuana ilə heç-heçə edib - 0,5:0,5. Naydiç isə latviyalı İqor Kovalenkoydan üstün olub- 1:0.
 
Bu nəticədən sonra "OSG Baden-Baden" xallarının sayını 14-ə çatdırıb və  çempionatda maksimum nəticə ilə qalib olub. "Vernhaym" isə 12 xalla gümüş medallara yiyələnib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah