9 il əvvələ dönüş: "Lokomotiv" necə məhv oldu?

7 sentyabr 2011-ci il, YAK-42 təyyarəsi sərnişinlərini qəbul etmək üçün hava limanına enir. YAK-42 balaca hava limanlarına enə bilən sovet istehsalı olan etibarlı təyyarədi. Bu təyyarələr yalnız YAK Hava Yolları tərəfindən istifadə olunurdu. Təyyarə Moskvadan 250 km şimal şərqdə Yaroslavla bir az sarsılaraq enir. Təyyarənin yeni sərnişinləri Rusiyanın ən çox sevilən komandalarından olan “Lokomotiv” xokkey komandasıdı. 
Pilotlar təyyarənin hər 3 motorunu işə salır. Səfər Yaroslavldan 2 saatlıq uzaqlıqda olan Minskə idi...
 
Texnik sürət yığmaq lazım olduğunu bildirir. Kapitan pilot sükanı 10 dərəcəyə yüksəldir. Bu, qalxıb havalanmaq üçün normal bir vəziyyət idi. Amma təyyarə qalxmadı. Kapitan sürəti maksimuma yüksəltsə də, təyyarə havalanmırdı. Uçuş zolağı 3 km-di, 2600 metrdən sonra isə təyyarə havalanmalı idi. Artıq pilotlar da təşvişdə idi. Havalanma sürəti ilə yerdə hərəkət edən təyyarə artıq zolaqdan kənara çıxmışdı. Bu sürətlə yerdə hərəkət etmək çox təhlükəlidi. Pilotlar təyyarəni havalandırmaq üçün çarəsizcəsinə mübarizə aparırdı. Nəhayət bunu bacardılar. Təyyarə havalandı, amma təhülkə sovuşmamışdı. YAK-42 təyyarəsi yüksələ bilmirdi. Pilotlar idarəetməni itirdi. Təyyarə hava limanından 1 km aralıdakı Volqa çayına düşdü. Dağıntılara ilk çatan çayda xidmət edən ərazi polisləri oldu. Komandanın tanınmış oyunçularından Aleksandr Qalimov qəzadan xilas olmuşdu. 
Şahidlərin dediklərindən: “Sahilə tərəf kimsə çıxmağa çalışırdı. O, çox güclü yanmışdı. Biz ondan adını soruşduq. O isə cavabında “mən Qalimovam” dedi”.  Texnik Aleksandr Sizov da sağ qalmışdı. 
Patoloq Dimitri Puşkov: “Qəza baş verən əraziyə gələndə hər yer qara tüstü ilə örtülmüşdü. Hər yer təyyarə hissələri və paltar parçaları ilə örtülmüşdü. Cəsədlər isə ərazini ortasına toplanılırdı. Pilotlar da daxil olmaqla təyyarədəki 45 nəfərdən 43-ü həlak olmuşdu. “Lokomotiv” komandası məhv olmuşdu. Bu, Yaroslavldakı hamı üçün bir dəhşətli bir xəbər oldu”. 
Həmin gün Ufada Rusiya çempionatının açılış matçı olan “Salavat” – “Atlant” yarımçıq dayandırılıb anons veriləndə arenada hamı şoka düşdü. Kontinental Xokkey Liqasının prezidenti Aleksandr Medvedev: 
“Əziz dostlar, bu gün bizim üçün dəhşətli bir hadisə baş verib. Minsk “Dinamo”su ilə oyuna gedən Yaroslavl “Lokomotiv”ini daşıyan təyyarə qəzaya uğrayıb. Qəzadan tapılan 37 nəfərdən yalnız biri sağdı. Sizi hadisə qurbanlarını 1 dəqiqəlik sükutla yad etməyə dəvət edirəm”.
Təyyarənin yerdən tam qalxmadığını görən iyirmidən çox şahid var idi. Hamı təyyarənin hansı səbəbdən qəzaya uğradığını bilmək istəyirdi. Dedektivləri isə bir sual düşündürürdü. Təyyarə niyə havalana bilməyib?
Təyyarənin qalxması üçün vacib olan 3 şərt var:
1) Motorların gücü. Qalxmaq üçün lazımi itələmə gücünə çatmaq lazımdı.
2) Qüvvət. Aerodinamik qüvvətin artması üçün qanadların düzgün vəziyyətə gətirilməsi tələb olunur.
3) Düzgün havalanmaq üçün təyyarənin burnun yuxarı, arxasının isə aşağı istiqamətə gətirilməsi üçün sükanı ona uyğun hərəkət etdirmək. 
 
Dedektivlər bu 3 halla bağlı hansısa nöqsan tapa bilmədilər. Ortaya başqa bir sual çıxmışdı. Pilotlar problemi hiss edəndən sonra niyə havalanmaqdan imtina etməmişdilər? Qalxmaqdan nə vaxt imtina etmək lazım olduğunu nə vaxt hiss etmişdilər? 
Bu, Rusiyanın 2011-ci ildə yaşadığı 8-ci avioqəza idi. Ölkə prezidenti Dimitri Medvedev hava sektorunda radikal qərarlar alınmalı olduğunu bildirdi. 
 
Dedektivlərin müəyyən araşdırmasından sonra belə bir qənaətə gəlindi ki, təyyarənin qalxmağına nə isə mane olub. Daha sonra isə təyyarənin sürət yığdığı vaxtla eyni zamanda həm də əyləcin basılı olduğu müəyyənləşir. Çox təəccüblü bir vəziyyət idi. Pilotların yer aldığı kokbitdəki qara qutudakı səsə qulaq asırlar. Onların qalxmamışdan əvvəl əyləcləri yoxladığını və heç bir problemi olmadıqlarının səs yazısını eşdirilər. Həmçinin, YAK-42-nin keçmişini araşdıran dedektivlər bu tip təyyarələrin əvvəlki illərdə 5 dəfə əyləc problemi yaşadıqlarını öyrənirlər. Amma bu dəfə 9633 saylı sərnişin təyyarəsinin əyləcində heç bir problem olmadığı aşkarlanır. Yalnız bir variant qalır. Əyləci pilotlardan biri basılı saxlayıb. Amma iki təcrübəli pilotdan birinin qalxma zamanı əyləcə bilərəkdən basacağına çox az adam inanardı. Rus hava industriyasında bu varianta çox adam etiraz etdi. Çünki əsas və koməkçi pilotlar çox təcrübəli idilər və bir yerdə 13 min saat uçmuşdular. Belədə pilotların tibbi arayışlarına göz gəzdirilir. Nəhayət şübhəverici məqam tapılır. Köməkçi pilot İqor Jivelov gizli şəkildə sinirdən müalicə alıbmış. Uçmağına icazə verilməməli idi. Çünki onun qol və ayaqlarında hissiyyatla bağlı problem var imiş. Düzdü, onun yeriməyində heç bir problem yox idi, amma ayaqlarını daha az hiss edirdi. O, özü belə hiss etmədən əyləcə basmışdı. Bundan başqa, pilotların təlimlər vaxtı da çoxlu nöqsanlara yol verdiyi, təlimçilərinin tez-tez dəyişdirildiyi də üzə çıxdı. Köməkçi pilot YAK-42-ni uçurmaq üçün lazım olan düzgün təlimi  almamışdı. Bundan dərhal sonra YAK Hava Yollarının lisenziyasını ləğv edilir və şirkət bağlanır. 
Qəzadan sonra sağ qalan yeganə şəxs texnik Aleksandr Sizov bir daha işinə davam etmir. Aleksandr Qalimov 5 gün xəstəxanada yatdıqdan sonra keçinir. 
Komanda üzvlərindən Pavel Traxanov faciə yaşanacağını hiss edibmiş. O, 15 il daimi olaraq yuxuda təyyarə qəzasında öləcəyini görürdü. Yelena adlı stüardessa isə işdən çıxıb, evlənmək istəyirdi, o, artıq işindən bezmişdi. Qəzadan sonra bilindi ki, həlak olan xokkeyçilərdən biri – İvan Tkaçenko xəstə uşaqlara yardım edirmiş. Tkaçenko, xeyriyyə fonduna buna görə 10 milyon rubl bağışlayıb. Qəzadan bir neçə dəqiqə əvvəl isə Tkaçenko xərçəngdən əziyyət çəkən bir qıza yarım milyon rubl kömək etmişdi. Amma ictimaiyyətin onun bu işlərindən xəbəri yox idi. Çünki İvan bu yardımı gizlin edirdi, adının açıqlanmasını istəmirdi.
Elmar Abdullazadə




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right