İki şahmatçımız irəlilədi FİDE reytinqində

FİDE şahmatçıların sentyabr reytinqini açıqlayıb. Newsport.az xəbər verir ki, Siyahıda Azərbaycanın 8 şahmatçısı yer alıb.

Teymur Rəcəbov 2765 xalla 9-cu, Şəhriyar Məmmədyarov 2764 xalla 11-ci pillədə qalıb. Bir pillə irəliləyən şahmatçılarımızdan Qədir Hüseynov 2665 xalla 71-ci, Nicat Abasov 2664 xalla 73-cü yerdədir. Bir addım geriləyən Rauf Məmmədov 2654 xalla 92-ci pillədə yer alıb.

Siyahıya yenə norveçli dünya çempionu Maqnus Karlsen 2 863 xalla başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana 2 835 xalla 2-ci, çinli Dinq Liren 2 791 xalla 3-cüdür.

Qadınlar şahmatçılar arasında yığmamızın üzvlərindən Günay Məmmədzadə (2443) 29-cu, Gülnar Məmmədova (2382) 75-cı, Xanım Balacayeva (2376) 85-ci pillədə qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right