Cüdo millimizin qatılacağı yarışların vaxtı açıqlandı

Dünya Cüdo Turunun mərhələləri 2020-2021-ci illərdə Budapeşt, Tokio, Doha şəhərlərində keçiriləcək.

Newsport.az Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Macarıstan paytaxtı mərhələni oktyabrın ikinci yarısında qəbul edəcək. 2021-ci ildə Yay Olimpiya və Paralimpiya Oyunlarının təşkil olunacağı Yaponiya paytaxtında bu mərhələ dekabrda olacaq. Qətərində paytaxtında isə yarış 2021-ci ilin əvvəlində nəzərdə tutulub. 

Bütün turnirlərin zəruri epidemioloji ehtiyat tədbirlərinə riayət etməklə keçiriləcəyi bildirilib. Təşkilatçılar isə istənilən ölkədən iştirakçıları qəbul etməyə hazırdırlar. 

Hər üç yarış Tokio olimpiadasına lisenziya xarakterli olacaq. Tokio Yay və Paralimpiya Oyunları 2021-ci il  23 İyul - 8 avqustda gerçəkləşəcək.

Qeyd edək ki, bu il Bakıda cüdo üzrə Böyük Dəbilqənin təşkili nəzərdə tutulurdu, lakin yarış koronavirus pandemiyası səbəbindən baş tutmayıb.  





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right