“Qalatasaray”a da uduzan Azərbaycan klubu sonuncu oldu

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Türkiyədə beynəlxalq turnirdə ikinci oyununu keçirib.

Newsport.az xəbər verir ki, Famil Ağayevin rəhbərlik etdiyi kollektiv “Qalatasaray”a 0:3 hesablı məğlubiyyətin ardınca “PTT Spor”la gücünü yoxlayıb.

Millinin bazası hesab olunan komanda yenə qələbə qazana bilməyib. “PTT Spor” da “quru hesab”la qalib gəlib – 3:0 (25:14, 25:17, 25:13).

Komandamız hər iki görüşdə uduzduğundan A qrupunda sonuncu olub. Bu səbəbdən onlar “üçlük”də yer almaq şansını itiriblər. “Azərreyl” turnirdə sonuncu olmamaq üçün B qrupunun 3-cüsü “Çan Genclik Kale Spor”la gücünü yoxlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right