UFC təxribata əl atan ermənini cəzalandırdı

UFC-də keçirdiyi son döyüşə qondarma "Dağlıq Qarabağ Respublikası”nın bayrağı ilə çıxan erməni idmançı Edmen Şahbazyan cəzalandırılıb.

 

Newsport.az xəbər verir ki, təşkilatçılar ABŞ-ı təmsil edən 22 yaşlı idmançıya cəza verib. Bundan əlavə, qurumun prezidenti Dana Uayt qondarma bayrağın rinqə keçirilməsinə icazə verən 20 illik işçini UFC-dən qovub.

 

"Reebok" şirkəti isə təxribatçı erməni ilə əməkdaşlığı dərhal dayandırıb. Erməni idmançı və onun məşqçiləri UFC-dən üzr istəyib, səhv etdiklərini deyiblər.

 

Məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi UFC rəhbərliyinə müraciət ünvanlamışdı.

 

Las-Veqasda Derek Brunson ilə qarşılaşan Edmen Şahbazyan rəqibinə uduzub, xəstəxanalıq olmuşdu.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah