Azərbaycan millisinin qatılacağı Avropa çempionatı ləğv olundu

Bu il Estoniyanın Tartu şəhərində keçirilməsi planlaşdırılan triatlon üzrə Avropa çempionatı ləğv olunub.

Newsport.az Avropa Triatlon İttifaqının (ETU) rəsmi saytına istinadən xəbər verir ki, qurum koronavirus pandemiyası və onun səbəb olduğu səyahət məhdudiyyətlərinə görə bu addımı atıb.

Hazırda Ukraynada təlim-məşq toplanışında olan Azərbaycan millisinin də qitə birinciliyində iştirakı nəzərdə tutulurdu.

Qeyd edək ki, Avropa çempionatı 28 - 30 avqustda təşkil olunmalı idi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right