4 aydan sonra Azərbaycana qayıtdı: “Bundan gözəl hiss ola bilməz”

Qadın voleybolçulardan ibarət “Cakarta” klubu ilə İndoneziya çempionu olan baş məşqçi Ziya Rəcəbov Azərbaycana qayıdıb.

Newsport.az-ın məlumatına görə, gənc mütəxəssisin özü bu barədə feysbuk səhifəsində paylaşım edib.

Cakartadan Türkiyənin İstanbul şəhərinə gəlib, 2 gün orda qaldıqdan sonra Bakıya dönən Rəcəbov paytaxtdan birbaşa doğulduğu Ağsu rayonuna yollanıb.

Rəcəbov mart ayından koronovirus pandemiyasına görə Azərbaycana qayıda bilmirdi. O bildirib ki, həddən artıq sevinclidir: “Bundan gözəl hiss ola bilməz”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right