Azərbaycan şahmatçılarının qatılacağı Dünya Kubokunun vaxtı bəlli oldu

Bu il keçirilməsi planlaşdırılan və təxirə salınan şahmat üzrə qadınlararası Dünya Kubokunun yeni vaxtı bəlli olub. 

Newsport.az FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, yarış 2021-ci ilin aprelində olacaq. FIDE təşkilatçılarla yeni müqavilə imzalayacaq. 

Belarusun paytaxtı Minskdəki Dünya Kuboku 10 sentyabr - 3 oktyabrda keçirilməli idi.  

Kişilər arasındakı ənənəvi turnirin vaxtı dəyişməyib, yarış 2021-ci ilin avqustunda Minskdə baş tutacaq. 

Qeyd edək ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov 2019-cu ildə keçirilən Dünya Kubokunun qalibi olub.  





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right