Azərbaycan Güləş Federasiyası: "Hacıyev cinayətdə birbaşa iştirak etməyib"

Azərbaycan millisinin güləşçisi Nurməhəmməd Hacıyev axtarışa verilib. 

Newsport.az "Chernovik" nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı idmançı Mahaçqala sakini Abdulbasir Ömərovun öldürülməsində ittiham olunur. 

Azərbaycan Güləş Federasiyasından "Report"a bildirilib ki, hadisədən sonra güləşçinin ailəsi ilə əlaqə saxlanılıb. Federasiya hadisənin necə baş verdiyini öyrənməyə çalışdığını vurğulayıb: "Əldə etdiyimiz məlumata görə, cinayət ailə-məişət zəmnində münaqişə üzündən baş verib. Bu münaqişə zamanı cinayət törədilib. Ancaq bildiyimizə görə, Nurməhəmməd Hacıyev birbaşa cinayətdə iştirak etməyib. Sadəcə hadisə şahidi olub. Araşdırma davam edir. Federasiya prosesin davamını və yekunlaşmasını gözləyir".

Qeyd edək ki, Nurməhəmməd Hacıyevlə yanaşı, Surakat Asiyatilov və Hüseyn Asiyatilov Abdulbəşir Ömərovun ölümündə təqsirləndirilir. Ömərov “Daqavtodor” və “Kaspi” Yollar İdarəsinin sabiq rəhbəri Məhəmmədrəsul Ömərovun qardaşı oğludur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right