Voleybol millimizin sabiq üzvü Natalya Məmmədova və Odina Əliyeva İndoneziyadan növbəti görüntülərini paylaşıb.
Newsport.az-ın məlumatına görə, “Cakarta” ilə İndoneziya çempionu olan idmançılar sərhədlər bağlı olduğu üçün oranı tərk edə bilmir.
Lakin hər iki idmançı Cənub-Şərqi Asiya ölkəsindəki günlərini səmərəli şəkildə keçirir.
Onlar azərbaycanlı baş məşqçisi Ziya Rəcəbovla voleybol oynayır, İndoneziyanın Bali adasının mənzərələri fonunda şəkil çəkdirirlər.