Azərbaycan Qran-prisi ləğv olundu

"Formula 1" üzrə Azərbaycan Qran-prisi ləğv olunub. Newsport.az "F1News" nəşrinə istinadən xəbər verir ki, qərarın tezliklə rəsmən açıqlanacağı gözlənilir.

Bildirilir ki, məsələ ilə əlaqədar bütün müvafiq əməkdaşlar məlumatlandırılıb.  Sinqapurdakı şəhər trası mərhələsi və Yaponiya Qran-prisi də ləğv ediləcək. Lakin Rusiya, Vyetnam, ABŞ, Meksika, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərindəki Qran-prilər reallaşacaq.  "Formula 1" rəhbərliyi bu mövsüm ən azı 15 yarış təşkil etməyi düşünür.

Qeyd edək ki, "Formula 1" rəhbərliyi Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako, Niderland və Fransa mərhələləri isə ləğv olunub. Bakıdakı yarış 5 - 7 iyunda keçirilməli idi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right